Mənzil almaq istəyənlərin NƏZƏRİNƏ! - İpoteka kreditlərində YENİLİK - VİDEO

16 Yanvar 2019 07:45 (UTC+04:00)

Artıq güzəştli ipoteka ilə nisbətən bahalı mənzil almaq mümkün olacaq.

Publika.az xəbər verir ki, indiyədək qüvvədə olan qaydalara görə, güzəştli ipoteka krediti ilə yalnız 1 kvadratının qiyməti orta bazar qiymətindən aşağı olan evlər almaq mümkün idi.Yəni güzəştli kreditlərlə bahalı mənzillərin alınması mümkün deyildi.

Edilən dəyişikliklə güzəştli kreditlərlə istənilən qiymətə olan mənzil və ya ev əldə etmək mümkün olacaq. Bununla yanaşı bu yeniliklər MİDA tərəfindən inşa edilən mənzillərin satışına da aiddir.

Eskpert Vüqar Bayramlının sözlərinə görə, dəyişikliklər mənzil bazarının canlanmasına səbəb olacaq.