Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başladı - FOTO

16 Yanvar 2019 14:24 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş başlayıb.

Publika.az Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirlər.

Görüş Fransanın paytaxtı Parisdə keçirilir.