Nazim Şükürova yüksək VƏZİFƏ VERİLDİ

16 Yanvar 2019 16:25 (UTC+04:00)

"AMEA Yüksək Texnologiyalar Parkı" MMC-yə yeni direktor təyin olunub.

Qurumdan Publika.az-a verilən məlumata görə, bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

Qərara əsasən, iqtisad üzrə fəlsəfə doktoru Nazim Şükürov MMC-yə direktor təyin olunub.

AMEA Rəyasət Heyəti aparatının Katibliyinin müdiri vəzifəsinə də təyinat olub. Bu vəzifə Rəqsanə Əzizovaya həvalə edilib.