Neftçalada üç uşaq anası gecə saat 5-də evdən çıxdı və... - FOTO

18 Yanvar 2019 20:46 (UTC+04:00)

Neftçala rayonunda üç uşaq anası itkin düşüb.

"Report" xəbər verir ki, hadisə rayonun Kürqarabucaq kəndində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədova yanvarın 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə doğmaları tərəfindən polisə məlumat verilib. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.