Sürücülərin nəzərinə - Babək prospekti hərəkətə açıldı

21 Yanvar 2019 17:32 (UTC+04:00)

Bu gün səhər saatlarında yolun hərəkət hissəsində baş vermiş deformasiya ilə əlaqədar bağlanan Babək prospektində hərəkət bərpa edilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Publika.az-a bildirib ki, Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb. Sürücülər hər zamankı kimi prospektin bütün hərəkət zolaqlarından istifadə edə bilərlər.

Muxtar