Qırıcı təyyarə qəzaya uğradı

21 Yanvar 2019 23:27 (UTC+04:00)

Mərakeşdə qırıcı təyyarə qəzaya uğrayıb.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə ölkənin şimal bölgəsində təlim uçuşu zamanı qeydə alınıb.

Belə ki, “Mirage F1” tipli qırıcı təyyarə texniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Hadisə zamanı zərərçəkən olmayıb, pilot da təyyarəni vaxtında tərk edə bilib.