Son 3 ildə Bakıya gətirilən yeni avtobusların sayı açıqlandı

22 Yanvar 2019 17:39 (UTC+04:00)

Son 3 ildə Bakıya 152 yeni avtobus gətirilib.

Publika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) idarə heyətinin sədri Vüsal Kərimli məlumat verib.

Onun sözlərinə görə, 2018-ci ildə isə paytaxta gətirilən yeni avtobusların sayı 95 olub. Ötən il 200-dən çox avtobus əsaslı təmir olunub.