ABŞ Türkiyənin düşmənlərinə belə kömək edir: 3 gün içində 3400 İŞİD-çi...

24 Yanvar 2019 09:09 (UTC+04:00)

ABŞ Suriyada yeni oyununu qurur.

Publika.az xəbər verir ki, 2017-ci ildə Rakka şəhərindən İŞİD terrorçularını konvoylarla təxliyə edən ABŞ bu dəfə eyni tətbiqi Deyr-əz-Zordakı PKK/PYD terrorçuları üçün edir.

İŞİD terror təşkilatının 2 ildən artıqdır nəzarət etdiyi Həcin bölgəsində qarşıdurmalar kəskinləşib. ABŞ və onun rəhbərlik etdiyi koalisiya qüvvələri Baquz, Tahtani, Süsə və Fəvqani mövqelərinə doğru avia-hücumları artırıb.

Səhər saatlarında İŞİD və PKK arasında 3 günlük atəşkəs elan edildikdən sonra ABŞ bölgədə olan İŞİD terrorçularını gizli şəkildə fərqli bölgələrə daşımağa başlayıb. Deyr-əz-Zor Hərbi Məclisinin sabiq sədri Usamə Zəfir Həcin bölgəsini itirən İŞİD-in 2016-cı ildən bəri xüsusi plan şərçivəsində həmin xəttə saxlandığını deyib. Həmin terrorçuların bəziləri Haseki bölgəsinə aparılır, digərləri isə bilinməyən ərazilərə göndərilir.

İŞİD BİTDİ

İŞİD-in hücumlarının başlandığı 2014-cü ilin ilk aylarında 80% suriaylı müxaliflər tərəfindən nəzarət edilən Deyr-əz-Zor ilin ortalarında terrorçuların əlinə keçdi. Lakin hazırda terrorçuların əlində son bölgə olaraq qalan Həcinin müxaliflərə geri qaytarılması ilə İŞİD-in bölgədəki varlığı sıfıra endirilib.

Deyr-əz-Zor Hərbi Məclisinin sabiq sədri İŞİD-in qalıqları üçün İraq və Suriyanın düzənliklərində yeni mərkəzlər inşa edildiyi və təşkilatın bu mərkəzlərdən dəstək aldığını bildirib: “Son 3 gündə 3400 nəfər PKK-ya təslim olub. Bunların əhəmiyyətli bir qismi dinc insanlardır. Lakin PKK onların hamısını İŞİD-çi kimi göstərməyə cəhd edir. Bu yeniliklər dərin demoqrafik dəyişiklik gətirəcək”.

Zümrüd