Ermənistanda “sarı jiletlilər” aksiyası keçiriləcək: Paşinyanın taxtı laxlayır

24 Yanvar 2019 14:30 (UTC+04:00)

Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı Fransadakı “sarı jiletlilər” aksiyası başlayacaq.

Publika.az
xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazıb.

Qəzet qeyd edir ki, Ermənistanda “sarı jiletlilər” təhsil, səhiyyə, vergi və digər sosial problemləri qaldıracaq.

“Hazırda Ermənistanda bu aksiyaya hazırlıq işləri aparılır: etirazın təşkilatçıları müxtəlif xadimlərlə görüşərək dəstək istəyirlər. Lakin hərəkata kimin liderlik edəcəyi hələlik məlum deyil. Buna səbəb Nikol Paşinyanın inqilabdan sonra verdiyi iqtisadi vədlərə əməl etməməsidir”, - deyə qəzet qeyd edib.

Asif