Tiqran Sarkisyan səfir təyin olundu

27 İyun 2014 00:05 (UTC+04:00)

Ermənistanın sabiq baş naziri Tiqran Sarkisyan ABŞ-a səfir təyin edilib.

Publika.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan prezidenti Serj Sarkisyan bu barədə fərman imzalayıb.

Ermənistanın ABŞ-dakı səfiri Tatul Marqaryan isə vəzifəsindən azad edilib.

Ömər Dağlı