Türkiyə ordusunun generalı həbs olundu

29 Yanvar 2019 19:29 (UTC+04:00)

Türkiyənin Əskişəhər Birləşmiş Hava Hərəkət Mərkəzinin komandanı general Özkan Edip Akgülay FETÖ/PDY terror təşkilatı ilə əlaqədə ittiham olunaraq həbs edilib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təqaüdə çıxmaq üçün müraciət edən generalla aparılan sorğu-sual zamanı onun FETÖ terror təşkilatının Türkiyə Silahlı Qüvvələrində yerləşdirdiyi üzvləri ilə əlaqəsi sübut olunub.

O, Diyarbəkir Baş Prokurorluğunun qərarı ilə həbs edilib.