Şamaxıda 3 otaqlı ev kül oldu

30 Yanvar 2019 09:16 (UTC+04:00)

Şamaxıda 3 otaqlı ev yanıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, rayonun Quşçu kəndində ümumi sahəsi 100 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.