İtaliyadan məşhur aktyorla bağlı şok qanun

27 İyun 2014 10:06 (UTC+04:00)

Corc Kluni vəkil Amal Alamuddinlə sentyabr ayında evlənmək niyyətindədir.

Axar.az məlumat verir ki, məşhur aktyorun toyu İtaliyada Komo gölünün yanında olan villasında keçiriləcək.

İyunun 21-də Laqlio rəhbərliyi onun “Oleandra” adlı villasını paparazzi və pərəstişkarlardan qoruyacaq 2 qanun qəbul ediblər: həm yolda, həm də göldə Corcun villasının qarşısında dayanmaq ciddi şəkildə qadağandır. Qadağa sentyabrın 30-na qədər qüvvədədir. Ulduzun yaşayış məkanından 100 metrdən yaxın məsafədə üzmək istəyən hər kəsi 680 dollar cərimə gözləyir.

Mer Roberto Potsi xəbəri belə şərh edib:

“Əvvəllər biz buna görə heç kimi cəzalandırmırdıq. Bu dəyişiklik insanların davranışına təsir etmək və daha rahat atmosfer yaratmaq üçündür. Biz Corc Kluni və onun qonaqlarının rahatlığına və təhlükəsizliyinə təminat verməliyik”.