Kürdəmirdə iki maşın toqquşdu

1 Fevral 2019 07:18 (UTC+04:00)

Kürdəmir şəhərində yol qəzası baş verib.

"Report"un məlumatına görə, H.Əliyev prospektində "Nissan" və "Chevrolet" markalı minik avtomobilləri toqquşub.

Nəticədə 1986-cı il təvəllüdlü, Göyçay rayon Qaraməryəm kənd sakini Günay Zeynalabdin qızı Abdullayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.