Meksikada güclü zəlzələ

1 Fevral 2019 22:35 (UTC+04:00)

Meksikanın Çiapas ştatı ərazisində, Qvatemala sərhədi yaxınlığında 6,5 maqnitudalı zəlzələ baş verib.

Publika.az TASS-a istinadən xəbər verir ki, ABŞ Geologiya Xidmətinin məlumatına görə, ocağı 87 kilometr dərinlikdə yerləşən zəlzələnin insan tələfatı və ya dağıntılar barədə hələlik bildirilmir.