Ulduz futbolçu avropalıları təhqir etdi

27 İyun 2014 12:12 (UTC+04:00)

İtaliya millisinin dünya çempionatında uğursuz çıxış etməsi ölkədə böyük narazılığa səbəb olub.

Xüsusən də mətbuat millini kəskin tənqid hədəfinə çevirib. Ən çox tənqid olunanlardan biri isə Mario Balotellidir. Publika.az xəbər verir ki, Balotellinin bu tənqidlərə cavab olaraq “instaqram” səhifəsində yazdığı şərh böyük söz-söhbətə səbəb olub. Balotelli şərhində irqçi fikirlərə yer verib:

“Mən Balotelliyəm və milliyyətimi özüm seçməmişəm. İtalyan olmaq istərdim, çünki İtaliyada doğulmuşam və burda boya-başa çatmışam. DÇ-də uğurlu çıxış etmək istəyirdim. Çıxışıma görə özüm də özümü tənqid edirəm. Kosta Rika ilə oyunda qol vura bilərdim. Ancaq problemlərimiz yalnız bundan ibarət deyil.

Balotelli həmişə milli naminə çalışıb və heç vaxt pis hərəkətə yol verməyib. Başqa personaj axtarın. Balotelli vicdansız deyil. İndiyə qədər ölkəm üçün etdiklərimlə qürur duyuram. Siz məgər məni italyan saymırsız? Afrikalılar heç vaxt qardaşlarını palçığa batırmır. Sizin dediyiniz kimi, “zəncilər” siz avropalılardan bir neçə işıq ili qədər öndədir. Əsl italyanlardan. Döğrudu? Bu, sadəcə biabırçılıqdı”.