Rusiyada dəhşətli avtobus qəzasında ölənlərin sayı 7-yə çatdı

3 Fevral 2019 16:25 (UTC+04:00)

Fevralın 3-də Rusiyanın Kaluqa vilayətində avtobusun aşması nəticəsində ölənlərin sayı 7-yə çatıb. Həlak olanların dördü uşaqdır.

Publika.az xəbər verir ki, Kaluqa-Vyazma yolunda hərəkətdə olan, Smolenskdən gələn avtobusun yol kənarına aşması nəticəsində 31 nəfər də xəsarət alıb.

Avtobusdakı 47 sərnişindən 31-i “Kolibr” rəqs klubunun üzvü olan uşaqlardır.

Hadisə ilə bağlı cinayət işi açılıb.