Bakıda 2 avtomobil toqquşdu – 4 nəfər xəstəxanalıq oldu

4 Fevral 2019 10:00 (UTC+04:00)

Bakıda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində 99 ZZ 982 dövlət qeydiyyat nişanlı “VAZ 2121-Niva” ilə 90 UP 664 nömrə nişanlı “KİA” toqquşub.

Qəza nəticəsində avtomobillərdə olan 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nizam