Təyyarə evin üstünə düşdü: 5 ölü, 2 yaralı

4 Fevral 2019 11:35 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında yüngül mühərrikli təyyarə evin üstünə düşüb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, yerli polisin məlumatına görə, qəza nəticəsində 5 nəfər həlak olub, 2-si yaralanıb.

Ölənlərdən biri təyyarənin pilotudur.