Kürəkən DƏHŞƏT SAÇDI: 5 ölü, 1 yaralı

4 Fevral 2019 14:13 (UTC+04:00)

Türkiyənin Qaziantep vilayətində ailədaxili problemlər və miras məsələsində anlaşılmazlıq faciə ilə nəticələnib.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bir kişinin həyat yoldaşının qohumlarına etdiyi iki hücumda 5 nəfər ölüb, biri yaralanıb.

İlk hadisə 8 Fevral məhələsində günorta saatlarında baş verib. Adı hələ bilinməyən kişi burada odlu silahla 3 nəfəri öldürüb. O, daha sonra Fısdıqlı məhəlləsinə gedib və burada açdığı atəş nəticəsində daha iki nəfəri öldürüb, birini yaralayıb.
Polis silahlı şəxsin saxlanılması üçün əməliyyata başlayıb.