Ramiz Mehdiyevdən VACİB SƏRƏNCAM

4 Fevral 2019 15:38 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib.

Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

Qeyd edək ki, V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu il mayın 2-3-də keçiriləcək.