Qatar relsdən çıxdı: ölənlər var - FOTO

5 Fevral 2019 01:41 (UTC+04:00)

Kanadada yük qatarı relsdən çıxıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin qərbindəki Britaniya Kolumbiyası vilayətində baş verib. İlkin məlumata görə, relsdən 40-dək vaqon çıxıb. Qəza zamanı 3 nəfər ölüb.

Kanadanın Nəqliyyatda Təhlükəsizlik Şurası qəza ilə bağlı təhqiqata başlayıb.