Paytaxtda GÜCLÜ YANĞIN - 7 ölü, 28 yaralı (YENİLƏNİR)

5 Fevral 2019 09:28 (UTC+04:00)

Gecə saatlarında baş vermiş yanğın nəticəsində ölənlərin sayı 7-yə çatıb, 28 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti son dərəcə ağırdır.

Yanğının səbəbi hələlik məlum deyil.

***

Fransada güclü yanğın olub.

Publika.az gazeta.ru-ya istinadən xəbər verir ki, hadisə Parisdə Erlenje küçəsindəki 8 mərtəbəli yaşayış binasında baş verib. Yanğın zamanı 4 nəfər həlak olub, həmçinin daha 25 nəfər yaralanıb.

Hazırda hadisə yerinə 200-ə yaxın yanğınsöndürən cəlb edilib.