SON DƏQİQƏ - Qarabağ terrorçuları azərbaycanlı girovu azad etdi

5 Fevral 2019 15:09 (UTC+04:00)

Qondarma Qarabağ rejimi azərbaycanlı girov Elnur Elman oğlu Hüseynzadəni həbsdən azad edib.

Axar.az xəbər verir ki, bu məlumatı “Lragir.am” saytı yayıb. Onun fevralın 2-də həbsdən azad edildiyi vurğulanıb.

Qeyd edək ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında girov götürülüb. Onunla bağlı qondarma rejimin məhkəməsi 2018-ci ilin fevralında qərar qəbul edib.