Azərbaycanda bu qoruğa giriş məhdudlaşdırıldı

7 Fevral 2019 11:15 (UTC+04:00)

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu bu gündən ziyarətçilərə bağlı olacaq.

Dövlət Turizm Agentliyindən Publika.az-a verilən məlumata görə, səbəb qoruqda aparılacaq profilaktik işlərdir.

Qoruğun ərazisinə daxil olmaqla bağlı məhdudiyyət fevralın 9-dək davam edəcək.

Fevralın 10-dan etibarən qoruq yenidən ziyarətçi qəbul edəcək.