Qubada ekskavator çaya düşdü, sürücünü su apardı

7 Fevral 2019 14:03 (UTC+04:00)

Quba rayonunun Vəlvələ kəndi ərazisində Vəlvələçay çayında aparılan qazıntı işləri zamanı ekskavatorun aşması nəticəsində 1 nəfər (sürücü) suya düşüb.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.​