Tekstil fabrikində YANĞIN

8 Fevral 2019 23:48 (UTC+04:00)

İstanbulun Silivri rayonunun Alipaşa məhəlləsində yerləşən tekstil fabrikində yanğın olub.

Publika.az xəbər verir ki, hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisənin baş verdiyi əraziyə çoxlu sayda yanğınsöndürən briqadası cəlb olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.