Türkiyədə təbii qaz ehtiyatları tapıldı

9 Fevral 2019 02:00 (UTC+04:00)

Türkiyənin şimal-qərbində təbii qaz ehtiyatları aşkar edilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz deyib.

Nazir bildirib ki, təbii qaz ehtiyatları İstanbulun ətrafında və Tekirdağ vilayətində tapılıb.

F.Dönməz əlavə edib ki, Türkiyə gələcəkdə də quruda və dənizdə neft-qaz ehtiyatlarının aşkar olunması üçün kəşfiyyat işlərini davam etdirəcək.