Alı Mustafayevin oğlunun TOYU OLDU - FOTO/VİDEO

9 Fevral 2019 13:14 (UTC+04:00)

Milli qəhrəman, mərhum jurnalist Alı Mustafayevin oğlu Turalın toyu baş tutub.

Publika.az-ın verdiyi məlumata görə, şəhər restoranlarının birində keçirilən toydan görüntülər sosial şəbəkədə paylaşılıb.

Məclisdə əməkdar artistlər Elza Seyidcahan və Mətanət İsgəndərli də qonaq olublar.

Qeyd edək ki, A.Mustafayev 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında ermənilər tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsində həlak olub.