Bakıda 2 "Mercedes" yandı

10 Fevral 2019 10:34 (UTC+04:00)

Bakıda və Abşeron rayonunda 2 avtomobil yanıb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhərinin Nəsimi rayonunda "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Oxşar hadisə Abşeron rayonunun Masazır qəsəbəsində də baş verib. "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.