İngiltərədə şok effekti yaradan OYUN - VİDEO

10 Fevral 2019 22:14 (UTC+04:00)

Futbol üzrə İngiltərə Premyer Liqasının 26-cı turunda "Mançester Siti" "Çelsi"ni 6:0 hesabı ilə darmadağın edib.

Publika.az xəbər verir ki, meydan sahibləri qolların 4-nü ilk 25 dəqiqədə rəqib qapısından keçirib.

Bu qələbə sayəsində bir oyun artıq keçirən "Mançester Siti" liderliyə yüksəlib.

İngiltərə Premyer Liqası. XXVI tur

10 fevral

“Mançester Siti” – “Çelsi” - 6:0

Sterlinq, 4, 80, Aquero, 13, 19, 56 (pen.), Gündoğan, 25.