"Air Astana"ya məxsus təyyarə məcburi enməli oldu

10 Fevral 2019 23:30 (UTC+04:00)

"Air Astana" aviaşirkətinə məxsus sərnişin təyyarəsi Belarusun paytaxtı Minskdə məcburi eniş edib.

Publika.az xəbər verir ki, Atırau - Amsterdam reysi üzrə hərəkət edən təyyarə texniki səbəbdən enməli olub.

Bununla əlaqədar "Air Astana" aviaşirkətinin Moskva filialının nümayəndəsi Minskə gəlib.

Qeyd edilir ki, sərnişinlər digər reyslərlə Amsterdama yola salınır.