Elmar Məmmədyarov Çinə gedir

27 İyun 2014 16:10 (UTC+04:00)

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti 30 iyun – 2 iyul tarixlərində Çində rəsmi səfərdə olacaq.

Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səfər Çin Xalq Respublikasının xarici işlər naziri Van İnin dəvəti əsasında həyata keçirilir.

Səfər çərçivəsində E.Məmmədyarovun Çin Xalq Respublikasının xarici işlər naziri və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.

Ömər Dağlı.