SON DƏQİQƏ: Azərbaycanda zəlzələ oldu

11 Fevral 2019 20:10 (UTC+04:00)

Ağsu rayonunda zəlzələ baş verib.

Publika.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkan yerli vaxtla saat 19:29-da Pirqulu stansiyasından 9 km qərbdə qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda 3 bala qədər hiss olunub.