Təhlükəsizlik Xidmətinin zabiti döyüldü

11 Fevral 2019 22:38 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada naməlum şəxslər ölkənin Federal Təhlükəsizlik Xidmətinin (FTX) polkovnik-leytenantının xidməti avtomobilinə butulkalar atıblar, özünü isə döyüblər.

Publika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hücum edənlər hadisə yerindən qaçıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.