"Yuventus" Remsi ilə anlaşdı

12 Fevral 2019 02:13 (UTC+04:00)

"Yuventus" rəsmi saytında London "Arsenal"ının yarımmüdafiəçisi Aaron Remsi ilə müqavilə bağladığını elan edib.

Publika.az xəbər verir ki, uelsli futbolçu 1 iyul 2019-cu il tarixindən Turin komandasının oyunçusu olacaq. Həmin tarixdə onun ingilis klubu ilə müqaviləsinin vaxtı bitəcək.