Bakıda kafedə DAVA-DALAŞ – Döyüb 500 manat aldılar

13 Fevral 2019 12:39 (UTC+04:00)

Bakıda kafelərdən birində dava-dalaş olub.

Publika.az xəbər verir ki, Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edən Xocəsən qəsəbə sakini N.İsmayılov fevralın 11-də saat 22 radələrində qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq 500 manatını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.