Qubada ağır qəza - Ölən və yaralananlar var

13 Fevral 2019 15:22 (UTC+04:00)

Quba rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Quba-Qonaqkənd yolunun 1-ci kilometrliyində, rayonun Birinci Nügədi kəndi ərazisində "Mercedes" və "VAZ-21010" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində “VAZ-21010”da olan şəxslərdən biri vəfat edib. Daha 3 nəfər isə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.