Millimiz Rusiya, Belarus və İranla qarşılaşacaq

14 Fevral 2019 04:54 (UTC+04:00)

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası fevralın 28-dən martın 6-dək Rusiyanın Soçi şəhərində təşkil olunacaq “Kuban baharı” beynəlxalq turnirdə iştirak edəcək.

Publika.az AFFA-ya istinadla xəbər verir ki, millimiz martın 1-də Rusiya, iki gün sonra Belarus, ayın 5-də isə İran yığması ilə qarşılaşacaq.