VALYUTA MƏZƏNNƏLƏRİ

15 Fevral 2019 09:21 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 15 fevral tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Publika.az-a verilən məlumata görə, fevralın 15-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9187 manat təşkil edir.

1 türk lirəsi 0,3217 manat, 1 rus rublu 0,0255 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,6445 manatdır.