Qızıl mədənlərini su basdı: 60 ölü

16 Fevral 2019 07:30 (UTC+04:00)

Zimbabvedə qızıl mədənlərini su basması nəticəsində ən azı 60 nəfər həlak olub.

Publika.az xəbər verir ki, hadisə Qərbi Maşonalend vilayətində baş verib. Belə ki, iki qızıl mədənini su basıb. Hadisəyə güclü leysan səbəb olub.

Yerli qəzet "Qerald" 23 nəfərin itkin düşdüyünü bildirib. Daha əvvəl bildirilirdi ki, Hararedə qızıl mədəninin divarlarının uçması nəticəsində 23 fəhlə ölüb.