Mingəçevirdə 34 yaşlı kişi bıçaqlandı

16 Fevral 2019 09:48 (UTC+04:00)

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə Ərəş küçəsində qeydə alınıb.

Belə ki, 1984-cü il təvəllüdlü şəhər sakini Rəsulzadə Vüsal Yaşar oğlu naməlum şəraitdə bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi və kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.