Aviaqəzada həlak olan futbolçunun cəsədi vətəninə göndərildi

16 Fevral 2019 10:12 (UTC+04:00)

İngiltərənin "Kardiff Siti" klubunun futbolçusu, aviaqəza nəticəsində həlak olmuş Emiliano Salanın cəsədi onun vətəninə - Argentinaya göndərilib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun cəsədi onun doğulduğu Proqreso şəhərinə çatdırılıb. Qeyd edilir ki, Emiliano Sala ilə vida mərasimi bu gün, futbolçunun ilk oynadığı "Proqreso" idman zalında keçiriləcək.

Sala yanvarın 21-də təyyarə ilə Nant şəhərindən Kardiffə uçarkən onun olduğu hava gəmisi qəzaya uğrayıb. O, yerli kluba qayıtmalı imiş.