Polis kenqurunu axtarışa verdi

18 Fevral 2019 03:54 (UTC+04:00)

Danimarkada kenquru polis tərəfindən axtarışa verilib.

Trend-in məlumatına görə, Cənubi Yutlandiya regionunun polisi fərdi yaşayış evindən qaçan kenqurunu axtarışa verib. Polis yerli sakinlərdən qaçmış heyvanı gördükləri təqdirdə, onlara məlumat verməyi xahiş ediblər.

"Biz fiziki şəxsə məxsus və Oster Lindet rayonundan evdən qaçan kenqurunu axtarırıq", - deyə polisin "Tvitter" sosial şəbəkəsində yaydığı məlumatda bildirilir.