Ermənistan yeni qırıcılar alır - DANIŞIQLAR BAŞLADI

18 Fevral 2019 11:02 (UTC+04:00)

Ermənistan 2019-cu ilin sonu, 2020-ci ilin başlanğıcında 4 ədəd "Su-30SM” Rusiya qırıcısı almağı planlaşdırır.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda “IDEX-2019” müdafiə sərgisinin gedişatında Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

“Biz “Su-30SM”-lərin növbəti partiyasının çatdırılmaları haqqında danışıqları davam etdiririk. Hər şey bu məhsulun nə zaman hazır olacağından asılı olacaq. Birinci partiyanı bu il, son halda növbəti ilin əvvəlində almağı planlaşdırırıq”, - o deyib.

Erməni nazirin sözlərinə görə, İrəvan bu təyyarələrdən 12 ədəd almaq istəyir.

Ömər