Suriyada terrorçuların məntəqələri məhv edildi

20 Fevral 2019 04:56 (UTC+04:00)

Suriya ordusu İdlib əyalətində "Nüsra cəbhəsi" terror qruplaşmasının bir neçə komanda məntəqəsini məhv edib.

Publika.az xəbər verir ki, ordu həmçinin Həma əyalətindəki yaşayış məntəqələrində gizlənən yaraqlılara cavab atəşi açıb.

Bildirilir ki, öldürülənlər arasında "Nüsra cəbhəsi"nin səhra komandirlərindən biri olan Amin Əskər də var.