Ramil Usubov ona YÜKSƏK VƏZİFƏ verdi

20 Fevral 2019 09:15 (UTC+04:00)

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə yeni rəis təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmriylə polis mayoru Şamxal Əliyev Sumqayıt Dövlət Yol Polisinin rəisi təyin olunub.

Qeyd edək ki, Ş.Əliyev bu təyinata qədər Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsində baş inzibatçı işləyib. Xəbəri Sumqayıt Şəhər Polis İdarəsindən təsdiq ediblər. (unikal.org)