Fahriye Evcen dünyanın ən gözəl qadınlarının siyahısında - FOTO

20 Fevral 2019 15:08 (UTC+04:00)

Yeddi aylıq hamilə olan Fahriye Evcen dünyanın ən gözəl qadınlarından biri seçilib.

Publika.az xəbər verir ki, kino ulduzu ərəblərin məşhur maqazin saytının apardığı sorğu nəticəsində "Dünyanın ən gözəl 30 qadını" siyahısında 9-cu olub. Səsverməyə qatılanlar türk gözəlinin təbii məlahəti olduğunu qeyd ediblər.

Siyahının birincisi isə Beyons seçilib.