Ağdamda AĞIR QƏZA

20 Fevral 2019 18:26 (UTC+04:00)

Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində “Opel” markalı minik avtomobilin ağaca çırpılması nəticəsində 1 nəfər köməksiz vəziyyətdə qalıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Qarabağ Regional Mərkəzinin xilasediciləri vətəndaşı deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.