Azərbaycanda “Toyota” ağır qəza törətdi – ÖLƏN VAR

21 Fevral 2019 11:51 (UTC+04:00)

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, Şəki-Qax yolunun 16-cı kilometrliyində “Toyota Rav4” markalı minik avtomobili yolu keçən yaşlı qadını vurub.

Ağır xəsarət alan piyada hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nizam